Zob xəstəliyi: Əlamətləri və yaranma səbəbləri

Zob, boynun ön hissəsində yerləşən qalxanabənzər vəzin böyüməsi nəticəsində yaranan bir xəstəlikdir. Qalxanabənzər vəz, nəfəs borusunun hər iki tərəfində yerləşən kəpənək şəklindəki ifrazat vəzidir.

Qalxanabənzər vəzin istehsal etdiyi hormonlar qan dövranına qoşularaq metabolizmi tənzimləməyə kömək edir və metabolizma sürətini idarə edir.

Zob xəstəliyində isə qalxanabənzər vəzin həddindən artıq böyüməsi nəticəsində funksiya pozuntusu müşahidə edilir.

Qalxanabənzər hormonlarının balanssız olması vücudda bir çox vacib funksiyanın düzgün işləməsinə mane ola bilər. Bu səbəbdən qalxanabənzər vəzin fəaliyyəti, ümumi sağlamlıq vəziyyəti üçün kritik əhəmiyyət kəsb edir.

Zob xəstəliyi adətən qalxanabənzər hormonundakı balanssızlıqlarla əlaqəlidir. Ən geniş yayılmış zob səbəblərindən biri yod çatışmazlığıdır. Bununla yanaşı, otoimmün qalxanabənzər xəstəlikləri də zobun inkişafında rol oynaya bilir.

Zob xəstəliyi nədir?

Ən geniş yayılmış qalxanabənzər xəstəliklərindən biri kimi tanınan zob, qalxanabənzər vəzin şişməsi və böyüməsi nəticəsində yaranılan xəstəlikdir. Normal şəraitdə çöldən görünməyən qalxanabənzər vəz, zob xəstəliyində boyunda bir şişkinlik və ya yumru kimi müşahidə edilə bilər.

Adətən ağrısız olan bu şişkinlik, xəstəliyin dərəcəsinə görə bəzi sağlamlıq problemlərinə səbəb ola bilər. Zob ölçüsü böyüdükcə udma çətinliyi görülə bilər və nəfəs almaq çətinləşə bilər.

Qalxanabənzər vəz bədənin metabolizmasını tənzimləməkdə vəzifəlidir və iki əsas hormonun istehsalında rol oynayır. Tiroksin (T4) və triiyodotironin (T3) bu hormonlardır və bədənimizdə bir çox həyati funksiyanın işləməsində rol oynarlar.

Bununla yanaşı, bədən istiliyini, ürək döyüntüsünü, əzələ və sinir sisteminin sağlam şəkildə işləməsini və həzm sisteminin fəaliyyətini də təsir edə bilər.

Qalxanabənzər vəzdən ifraz olunan hormonların balanssız olması vəziyyətində bədənin ən təməl olan bu funksiyalarında pozuntular baş verir. Hormon azlığında hipotiroidizm, hormon çoxluğunda isə hipertiroidizm kimi vəziyyətlər inkişaf göstərə bilər.

Zobun erkən diaqnozu və uyğun müalicə üsulunun müəyyən edilməsi xəstəliyin komplikasiyalarının qarşısının alınmasında əhəmiyyət kəsb edir.

Zob xəstəliyinin yaranma səbəbləri

Zob, qalxanabənzər vəzin böyüməsinə səbəb ola biləcək müxtəlif səbəblərdən yaranılan bilər. Zobun ən geniş yayılmış səbəbləri arasında qalxanabənzər hormonlarındakı balanssızlıqlar, yod çatışmazlığı və qalxanabənzər vəz iltihabları göstərilə bilər. Bundan əlavə, genetik amillər və bəzi otoimmün xəstəliklər də zoba səbəb ola bilər.

Zoba səbəb ola biləcək bəzi vacib amilləri aşağıdakı kimi sadalaya bilərik:

  • Yod çatışmazlığı
  • Genetik meyllilik
  • Hipotiroidizm (qalxanabənzər vəzin az işləməsi)
  • Hipertiroidizm (qalxanabənzər vəzin çox işləməsi)
  • Qalxanabənzər vəz iltihablanması
  • Qalxanabənzər xərçəngi
  • Qalxanabənzər vəzdə düyün əmələ gəlməsi
  • Hamiləlik və ya menopoz kimi hormonal dəyişikliklər
  • Siqaret istifadəsi
  • Selenium çatışmazlığı

Tez-tez görülən qalxanabənzər səbəblərindən biri isə Haşimoto xəstəliyidir. Haşimoto tiroiditi kimi də tanınan bu xəstəlikdə şəxsin immunitet sistemi qalxanabənzər vəzə zərər verir. Bunun nəticəsində isə bədən üçün lazım olan miqdarda hormon istehsal edilə bilmir.

Zoba səbəb ola biləcək başqa bir xəstəlik isə, xalq arasında daha çox zəhərli zob kimi də tanınan Qreyfs xəstəliyidir. İmmunitet sisteminin tetikləndiyi bu xəstəlikdə qalxanabənzər vəz olması tələb ediləndən çox işləyərək bədənin ehtiyacından daha artıq hormon istehsal edir. Bu vəziyyət zob xəstəliyinə səbəb ola bilər.

Zob əlamətləri

Zob adətən boynun ön hissəsində gözə çarpır. Xəstəliyin ən geniş yayılmış əlamətləri arasında adəm alması kimi də tanınan boğazın alt hissəsindəki şişkinlik, udma çətinliyi və nəfəs darlığı göstərə bilər.

Zobun əlamətləri xəstəliyin növünə və mərhələsinə görə də dəyişiklik göstərə bilər. Bəzi hallarda isə heç bir əlamətə səbəb olmaya bilər.

Zobun geniş yayılmış əlamətlərinə aşağıdakı kimi təmas edə bilərik:

  • Boyunda şişkinlik
  • Boğazda gərginlik hissi
  • Udma çətinliyi
  • Nəfəs almada çətinlik çəkilməsi
  • Boyun bölgəsində narahatlıq və ya həssaslıq hiss edilməsi
  • Yorğunluq və halsızlıq
  • Öskürək
  • Səs boğuqluğu
  • Xüsusən qollar havadayarkən baş gicəllənməsi
  • Çəki dəyişiklikləri (çəki itkisi və ya çəki artması)
  • Ürək döyüntüsü, əsəbilik halı

Zob xəstəliyinin risk faktorları

Zob xəstəliyi, xüsusən 50 yaş üzəri şəxslərdə, immunitet sistemi ilə bağlı problemlər yaşayanlarda, qadınlarda və hamiləlik və menopoz dövrlərində daha tez-tez görülə bilər.

Zob üçün risk faktoru kimi qiymətləndirilə biləcək bəzi amilləri aşağıdakı kimi qeyd edə bilərik:

  • Yaş
  • Cins
  • Yod çatışmazlığı
  • Genetik meyllilik
  • Dərman istifadəsi
  • Menopoz və hamiləlik kimi dövrлər

Zob diaqnozu necə qoyulur?

Zob diaqnozunda prioritet şəxsin həkim tərəfindən fiziki olaraq müayinə edilməsidir. Fiziki müayinədən sonra həkim zobdan şübhə etsə diaqnozu qoya bilər. Zob diaqnozu qalxanabənzər vəzdəki bir problemə işarə etdiyindən, xəstəliyin altında yatan səbəb mütləq araşdırılmalıdır.

Zob diaqnozu məqsədilə istifadə edilən bəzi diaqnoz üsullarına aşağıdakı kimi təmas edə bilərik:

  • Fiziki müayinə
  • Anticisim testi
  • Qalxanabənzər ultrasəsi
  • Biopsiya
  • Qalxanabənzər funksiya testləri
  • Komputer tomoqrafiya (BT) və ya maqnit rezonans görüntüləmə (MR)

Fiziki müayinə və lazım görülən testlərin aparılması nəticəsində əldə edilən məlumatlara görə həkim tərəfindən şəxsə zob diaqnozu qoyula bilər.

Zob xəstəliyinin müalicəsi

Zob müalicəsi, xəstəliyin vəziyyətinə, xəstənin ümumi sağlamlıq durumuna və xəstəliyin əlamətlərinə görə dəyişiklik göstərə bilər. Zobun kiçik olduğu və əlamətlərin şəxsi narahat etmədiyi hallarda həkim yalnız xəstəliyin müşahidə edilməsini istəyə bilər.

Bu cür hallarda həkim müəyyən dövrlərlə xəstəliyi nəzarətdə saxlayır. Bununla yanaşı, hormon səviyyəsini normal səviyyəyə çatdırmaq, qalxanabənzər vəzi kiçiltmək və qalxanabənzər vəzdəki iltihabi vəziyyətlərin sağalması üçün bəzi dərman müalicələri tətbiq edilə bilər.

Zob müalicəsində istifadə edilə biləcək bəzi müalicə üsullarına aşağıdakı kimi təmas edə bilərik:

  • Dərman müalicəsi
  • Radioaktiv yod müalicəsi
  • Cərrahi müdaxilə

Zob əlamətlərinin şiddətli olduğu hallarda isə qalxanabənzər vəzin bir hissəsinin və ya tamamilə cərrahi üsullarla alınması söz mövzusu ola bilər. Zob əməliyyatından sonra xəstə dərman müalicəsi ilə dəstəklənir.

Zob əməliyyatı ümumi anesteziya altında boyundan daxil olaraq tətbiq edilən cərrahi əməliyyatdır. Zob əməliyyatından sonra xəstə sürətlə sağalaraq gündəlik həyatına davam edə bilər.

Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq endokrinoloq həkim ilə məsləhətləşin.

Paylaşmaq :